Rich Kids of Instagram : News Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman …
30182
post-template-default,single,single-post,postid-30182,single-format-standard,bridge-core-3.0.7,qode-page-transition-enabled,ajax_fade,page_not_loaded,,qode-title-hidden,qode_grid_1300,footer_responsive_adv,qode-content-sidebar-responsive,qode-theme-ver-29.4,qode-theme-bridge,qode_header_in_grid,wpb-js-composer js-comp-ver-6.10.0,vc_responsive

Rich Kids of Instagram : News Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman …

Rich Kids Spotted


Image




😢😢😢Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən “Allahu Əkbər” sədaları ucalırdı, lakin bir tərəfdə haqq və həqiqət tərəfdarı olan İmam Hüseynin (ə), digər tərəfdə isə zalım Yezidin dəstəsi yer alırdı. Döyüşdən əvvəl Həzrət Hüseyn (ə) son dəfə olaraq Peyğəmbərin (s) əbasını geyinib düşmənə tərəf yollandı və özünün sonuncu xütbəsini oxudu. Ümumiyyətlə, İmam (ə) oradakılara bir neçə dəfə xütbələr demiş, Yezid hakimiyyətinin bütün İslam dünyası üçün bir ləkə olduğunu xatırlatmışdır, onları zülmə baş əyməməyə, ədalətli olmağa və haqqı batilə qurban verməməyə çağırmışdır. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır, öz əməlindən peşman olaraq İmam Hüseynin (ə) tərəfinə keçir və döyüş meydanında ilk şəhid də məhz Hürr Riyahi olur.

Beləliklə, döyüş başlayır. Bu döyüşdə Peyğəmbər (s) ailəsinə qarşı xüsusi qəddarlıq nümayiş etdirilir. Düşmən tərəf İmamın (ə) qucağındakı südəmər körpə Əli Əsğəri belə, öldürməkdən çəkinmir. Əvvəlcə yaxınlarını bir-birinin ardınca döyüşə göndərən İmam (ə) sonda özü döyüş meydanına girir. Qarşı tərəf tərəfdarları kimi İmamı (ə) da təkbətək döyüşdə məğlub edə bilməyəcəklərini görüb uzaqdan daş və ox atmağa başlayır. Atılan daşlardan biri o Həzrətin (ə) mübarək alnına dəyib yaralayır. İmam Hüseyn (ə) köynəyini qaldırıb gözünə tökülən qanı silmək istədiyi zaman Yezid qoşununun sərkərdələrindən olan Ömər bin Səd Hərmələ adlı mahir oxatana İmamın (ə) sinəsini nişan almağı əmr edir. Hərmələ nadir hallar üçün saxladığı xüsusi üçbaşlı oxla İmam Hüseyni (ə) sinəsindən vurur və İmam (ə) atdan yerə yıxılır. Ömər bin Səd İmam Hüseynin (ə) başını kəsməyi əmr edir. Heç kim buna çürət etməsə də Şimr adlı bir döyüşçü amansızlıqla qətlə yetirilən Həzrət Hüseynin (ə) başını bədənindən ayırır. İmamın (ə) kəsilən başını nizəyə taxıb təhqiramiz şəkildə Şam şəhərinə, xəlifə Yezidin hüzuruna aparırlar.
Döyüş bitdikdən sonra düşmən ordusu xeymələrə hücum çəkir, onları talan edərək od vurub yandırır. O qanlı faciədən sonra Peyğəmbər (s) ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Kərbəla çölündən uzaq Şama gətirirlər.
@ilahi_din ….